RU

Trampdan İLGİNC TƏKLİF 

ABŞ prezidenti Donald Tramp onu tənqid edən telekanalların yayım lisenziyalarının geri alınmasını tələb edib.


Manset.az Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.

Tramp qeyd edib ki, 2024-cü il seçki kampaniyası zamanı “kanalların 97%-i” onun haqqında yalnız neqativ xəbərlər yayıb:

“Onlar mənim üçün ancaq pis reklam, mətbuatın diqqətini təmin edirlər. Onların lisenziyaları var. Mən düşünürəm ki, bəlkə də bu lisenziyalar geri alınmalıdır”.

ABŞ Federal Rabitə Komissiyasının (FCC) sədri Brendan Karr isə “Fox” telekanalına açıqlamasında bildirib ki, qurum yayımlayıcılardan ictimai maraqlara uyğun fəaliyyət göstərməyi tələb etməyə davam edəcək. Onun sözlərinə görə, “əgər telekanallar bu qərardan narazıdırsa, o zaman lisenziyalarını qaytara bilərlər”.

Избранный
13
1
manset.az

2Источники