RU

Qasım-Jomart Tokayev ABŞ-a işgüzar səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabrın 21-23-də Nyu-Yorkda işgüzar səfərdə olacaq.

QAZİLER.AZ bildirir ki, bu barədə Kazinform agentliyi  xəbər verir.

Qazaxıstan Prezident BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparacaq.

Səfər çərçivəsində ABŞ-ın biznes liderləri ilə dəyirmi masa keçiriləcək.

 Aparıcı qlobal şirkətlərin rəhbərləri ilə görüşlər də nəzərdə tutulub.

QAZİLER.AZ

 

Избранный
5
qaziler.az

1Источники