RU

Balı qızdırmaq zərərlidirmi?

Bal təbii tərkibi ilə sağlamlıq üçün faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, balı yüksək temperaturda qızdırmaq, onun tərkibindəki vitamin, ferment və antioksidantları məhv edə bilər.

 

Pravda.az bildirir ki, xüsusilə 40°C-dən yuxarı temperaturda balda zərərli kimyəvi reaksiyalar baş verir, bu da orqanizmdə toksinlərin yaranmasına, həzm və tənəffüs problemlərinə, dəri xəstəliklərinə səbəb ola bilər.

 

Xalq təbabətinə görə də, bal bişirildikdə şəfalı xüsusiyyətlərini itirir və bədəndə mənfi təsirlər yarada bilər. Mütəxəssislər balın yalnız təbii halda, yəni qızdırılmadan istehlak edilməsini, sərin və günəş işığından uzaq yerdə saxlanılmasını tövsiyə edirlər.

 

Əminə Bayramova

Tarix: 19 Sentyabr 2025, 17:20   
Избранный
5
pravda.az

1Источники