RU

Bakıda məşhur lisey yeni ünvana köçürülür

Bakıda məşhur lisey yeni ünvana köçürülür

Əlibəy Hüseynzadə küçəsi 77 ünvanında yerləşən Bakı Türk Anadolu Liseyi Əhmədli metrostansiyasının yaxınlığına köçürüləcək. Yeni ünvanda dərslərin sentyabrın 22-də başlanması nəzərdə tutulur.

Bu barədə Teleqraf-a liseydən məlumat verilib.

Bildirilib ki, Bakı Türk Anadolu Liseyində şagird sayının artması, mövcud binanın tutumunun tam dolması və uzun müddətdir əlavə binaya ehtiyacın yaranması səbəbindən yeni tənzimləmə həyata keçirilib:

"Elm və Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında imzalanmış protokol çərçivəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin koordinasiyası ilə Əhmədli qəsəbəsində yerləşən Şahmat Məktəbinin binası Bakı Türk Anadolu Liseyinin istifadəsinə verilib.

Yeni qərara əsasən, liseyin 10, 11 və 12-ci sinif şagirdləri, həmçinin 9-cu siniflərdən 9-A və 9-B qrupları tədris fəaliyyətlərini Əhmədlidəki binada davam etdirəcəklər".

Həmçinin, qeyd olunub ki, yeni binada dərslər (9-C, 9-D, 9-E, 9-F və 9-G sinifləri istisna olmaqla) sentyabrın 22-dən başlayacaq.

"Dərs cədvəli və proqram həftə ərzində valideyn və şagird "WhatsApp" qruplarında paylaşılacaq. Valideynlərdən və şagirdlərdən lazımi hazırlıqları etmələrini xahiş edir, yeni qərarın hər kəs üçün uğurlu olmasını diləyirik”.

Qeyd edək ki, binanın köçürülməsi qərarı tədris ilinin əvvəlində verildiyi üçün valideynlərin bir çoxunun narazı olduğu bildirilir.

Meta title: Bakı Türk Anadolu Liseyi Əhmədliyə köçürülür Meta description: Bakı Türk Anadolu Liseyi şagird artımı səbəbindən Əhmədliyə köçürülür. Yeni dərslər 22 sentyabrda başlayacaq. Valideynlər narazılıq bildirir. Açar sözlər: Bakı Türk Anadolu Liseyi, Əhmədli lisey, məktəb köçürülməsi, şagird sayı artımı, təhsil xəbərləri, lisey binası, Elm və Təhsil Nazirliyi, Türkiyə Təhsil Nazirliyi, məktəb valideyn narazılığı, 2025 tədris ili

Избранный
11
3
afn.az

6Источники