RU

Türkiyədən son xəbərdarlıq: Dərhal, qeyd-şərtsiz təhvil verin

“Türkiyə PKK terror təşkilatının fərqli adlar altında fəaliyyət göstərməsinə imkan verməyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“PKK və bütün əlaqəli qruplar, edilən çağırış və özünüləğv qərarına uyğun olaraq bütün terror fəaliyyətlərini dərhal dayandırmalı, Suriya başda olmaqla, müxtəlif adlar altında və müxtəlif bölgələrdə fəaliyyət göstərən bütün uzantılar dərhal və qeyd-şərtsiz silahlarını təhvil verməlidir.

Başda PKK, YPG, SDQ olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına, fərqli adlar altında fəaliyyət göstərməsinə əsla imkan verməyəcəyik”, - müdafiə naziri bildirib./teleqraf

Избранный
7
2
turkustan.az

3Источники