ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bu il üçün dünyanın ən dəyərli 10 avtomobil brendinin adı açıqlanıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, Amerikanın elektrikli avtomobil markası olan “Tesla”nın bu ilin 8 ayında bazar kapitallaşması 1,1 trilyon dollara çatıb.“Tesla, təxminən 70% bazar payı ilə ABŞ-də akkumulyatorla işləyən elektrikli avtomobil satışında liderdir.Dünyanın ən dəyərli digər avtomobil şirkətləri isə bunlardır:Brend
Bazar dəyəri
Tesla
1,1 trilyon dollar
Toyota
252,8 milyard dollar
Xiaomi
174,8 milyard dollar
BYD
132,3 milyard dollar
Ferrari
80 milyard dollar
BMW
62,3 milyard dollar
Mercedes-Benz
58,7 milyard dollar
Volkswagen
58,1 milyard dollar
General Motors
51,6 milyard dollar
Porsche
48,9 milyard dollarAraşdırmalara görə, bu ilin iyul ayına qədər qlobal avtomobil satışları ötən illə müqayisədə 3,4% artaraq 49,94 milyon ədədə çatıb. Çin ən böyük qlobal bazar olaraq qalır. Bu nəhəng bazar bütün qlobal satışların 29%-ni təşkil edib. ABŞ isə bu siyahıda 2-ci yerdə qərarlaşıb və dünya bazarında 19% paya sahib olub.Məlumata görə, qlobal elektrikli avtomobil satışı ötən il 25%-dən çox artaraq 17 milyonu keçib. Çin 11 milyondan çox elektrikli avtomobil sataraq əsas bazarlar arasında liderliyini qoruyub.Təkcə bu ilin birinci rübündə dünya üzrə 4 milyondan çox elektrikli avtomobil satılıb. Bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 35% çoxdur.Elektrikli avtomobil satışının 2025-ci ildə 20 milyonu keçəcəyi gözlənilir ki, bu da ümumi avtomobil satışlarının dörddə birini təşkil edir. Satış həcminə iqtisadi və siyasi qeyri-müəyyənliklər təsir göstərsə də , bu il satılan hər dörd avtomobildən birinin elektrikli olacağı gözlənilir.Birinci rübdə güclü satış göstəricilərinə əsaslanaraq, Çinin il ərzində 14 milyondan çox elektrikli avtomobil satacağı proqnozlaşdırılır. İl ərzində elektrikli avtomobil satışının Avropada 4 milyona çatacağı gözlənilir. Dünyanın qalan hissəsində isə bu avtomobillərin satışının 30%-dən çox artaraq 1,8 milyona çatacağı gözlənilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.