RU

Xankəndidə möhtəşəm konsert olacaq - FOTOLAR

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə möhtəşəm bayram konserti keçiriləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir. Meydanda qurulan səhnə, işıqlandırma və səs avadanlıqları, ucaldılan bayraqlar bu bayram ab-havasını daha da gücləndirir.

Konsert proqramında tanınmış incəsənət xadimləri, sevilən müğənnilər çıxış edəcək, tamaşaçılara Qarabağın zəngin mədəniyyətini, musiqisini və qürurunu əks etdirən bir gün bəxş ediləcək.

Sonda isə Xankəndi şəhərini al-əlvan rəngə bürüyəcək atəşfəşanlıq olacaq. Bu möhtəşəm işğaldan azad olunmuş torpaqlarımızda dirçəlişin, birliyin, dövlət-xalq həmrəyliyinin simvoludur.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunaraq, ölkəmizin suverenliyi tam bərpa edilib.

Dövlət başçısının sərəncamı ilə 20 sentyabr "Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü" elan olunub.

"Cebheinfo.az" 

Избранный
51
17
cebheinfo.az

10Источники