RU

Özbəkistan və Pakistan faydalı qazıntıların çıxarılması sahəsində əməkdaşlığı müzakirə etdi

BAKI, 19 sentyabr. TELEQRAF

Özbəkistan Mədən Sənayesi və Geologiya Nazirliyində Pakistan baş nazirinin sənaye və istehsal üzrə xüsusi köməkçisi Harun Əxtarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə nazirin birinci müavini Feroza Həmidova, nazirliyin departament və şöbə müdirləri, Pakistan nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Müzakirələr zamanı hər iki tərəf Özbəkistan-Pakistan əlaqələrinin davamlı inkişafını qeyd edib, qiymətli və əlvan metalların, eləcə də sənaye əhəmiyyətli digər faydalı qazıntıların çıxarılması sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdırıb.

Избранный
11
teleqraf.com

1Источники