RU

SOCAR "Citibank"la layihələrinin maliyyələşdirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər xanım Kasi Şepörd ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, görüşdə şirkətlə "Citibank" arasında uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr müzakirə edilib.

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Избранный
6
9
far.az

10Источники