AZ

SOCAR prezidenti “Citibank” nümayəndələri ilə enerji və maliyyə əməkdaşlığını müzakirə edib

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Citibank"ın idarəedici direktoru, təmiz enerjiyə keçid üzrə qlobal rəhbəri və Böyük Britaniyada təbii sərvətlər üzrə rəhbər xanım Kasi Şepörd ilə görüşüb.

Bu barədə Finss.az SOCAR-a istinadən xəbər verir.

Görüşdə SOCAR ilə "Citibank" arasında uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr müzakirə olunub.

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib. Bu xüsusda, SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Finss.az

Seçilən
6
9
fins.az

10Mənbələr