RU

Azərbaycanın U-21 millisinin kapitanı: "Məşqlərə qayıtmaq üçün xarakter göstərməliyəm"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin kapitanı Ayxan Süleymanlı əməliyyatdan sonra tez bir zamanda yaşıl meydanlara qayıdacağına ümid edir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi özü deyib.

21 yaşlı futbolçu ötən gün Almaniyanın Münhen şəhərində gerçəkləşən sol diz ön çarpaz bağı əməliyyatının uğurlu keçdiyini söyləyib: "Həkimlərlə danışığım olub, onlar da hər şeyin qaydasında getdiyini bildirdilər. Bu gün çəliklə yeriməyə başlamışam. Həkimlər 6 aydan sonra məşq edə biləcəyimi söylədilər. Lakin bu, bir az da özümdən asılıdır, cəhd etsəm, bu proses daha da sürətlənə bilər. Təbii ki, bunun üçün xarakter göstərməliyəm. Müəyyən qədər ağrılarım olacaq. Futbolda bu cür hallar olur. İnşallah, bu sınaqdan üzüağ çıxacağıq. Azərbaycan millisinin və "Sumqayıt"ın azarkeşləri mənə görə narahatdırlar. Onlara söz verirəm ki, tez bir zamanda yaşıl meydanlara qayıdıb, yaxşı oyunlar göstərəcəyəm. Sentyabrın 22-də Vətənə qayıdacağam".

Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.

İdman.biz

Избранный
29
1
idman.biz

2Источники