RU

XTQ döyüşçüsü Ziya Quliyev: Bel çantam deşik deşik idi, amma mənə güllə dəymədi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubu Ziya Quliyev Baku TV-yə müsahibəsində Vətən müharibəsindəki döyüş təcrübəsindən danışıb.

O bildirib ki, uşaqlıqdan kəşfiyyatçı olmaq arzusunda olub. Kəşfiyyatçı hazırlığı kursuna qatıldığını deyən Z.Quliyev döyüş yolunun Vətən müharibəsindən başladığını söyləyib.

"Ağdam istiqamətində hərəkət edərək Məlikli kəndində düşmən postundakı bütün canlı qüvvəni məhv etdik. Ərazi relyefi elə vəziyyətdə idi ki, mövqelənməyə yer yox idi, sadəcə, yerdə sipər almışdıq. Bel çantam deşik-deşik idi, amma mənə güllə dəyməmişdi", - deyə kəşfiyyatçı qeyd edib.

Z.Quliyev müharibə zamanı döyüş yoldaşı Orxan Quliyevin yaralanma anını xatırlayıb:

"Təpə ilə sürünərək onun yanına qalxdım, gördüm ki, ürəyindən bir santimetr yuxarıdan güllə dəyib çıxıb. Gözünü açıb dedi ki, qoymayın ölüm. Hazırda qazidir".

Bölük komandirinin əməliyyat zamanı onlarla əlaqə saxladığını söyləyən Quliyev əlavə edib ki, komandir ondan düşmənin dayaq məntəqəsini məhv edə bilib-bilməyəcəyini soruşub:

"Mənə dedi ki, düşmənin dayaq məntəqəsini məhv edə biləcəksən? Dedim ki, komandir, biz buraya vurmağa gəlmişik. Məntəqəni nişan alaraq məhv etdim".

2023-cü il sentyabrın 19-20-də iştirak etdiyi əməliyyat nəticəsində 23 saat 43 dəqiqəyə torpaqların tamamilə azad edildiyini vurğulayan kəşfiyyatçı Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

Ətraflı - süjetdə:

XTQ döyüşçüsü Ziya Quliyev: "Bel çantam deşik-deşik idi, amma mənə güllə dəymədi"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
oxu.az

2Источники