RU

Formula 1 pilotları Bakıda qutab hazırlayıblarFOTO

Formula 1 Azərbaycan Qran -prisi çərçivəsində Paddok ərazisində yerləşən "Chill Zone"də maraqlı anlar yaşanıb.

Bakı Şəhər Halqasından Xezerxeber.az-a verilən məlumata görə, "Alpin" komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də "Red Bull"un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların hazırladığı yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?”, – deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
Избранный
12
13
xezerxeber.az

10Источники