RU

Sadəcə bir meyvə ilə dəriniz hamar, gözünüz iti olsun – Qiyməti bahadır...

Payızın sonu yaxınlaşdıqca bazarlarda kivi bolluğu başlayır. Xüsusilə noyabr–fevral ayları bu tropik meyvənin əsas mövsümü hesab olunur. Mütəxəssislər bildirirlər ki, kivinin həm dadı, həm də sağlamlığa faydaları onu qış fəslinin ən çox tövsiyə olunan meyvələrindən birinə çevirir.

Yenisabah.az  həmin meyvə haqda ətraflı məlumatı sizə təqdim edir

Kivi əsl vitamin anbarıdır. C vitamini ilə zəngin olan bu meyvə gündəlik tələbatı tam ödəyir və soyuqdəymə ilə qrip mövsümündə immunitetin möhkəmlənməsinə böyük töhfə verir. Kaliumla zənginliyi ürək-damar sağlamlığını dəstəkləyir, təzyiqin tənzimlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Həzm sistemi üçün də faydalı olan kivi liflərlə zəngindir, bu isə qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini normallaşdırır. Marqarita pizza

Dəri və göz sağlamlığı baxımından da kivi mühüm rol oynayır. Tərkibindəki antioksidantlar dərini parlaq və sağlam göstərir, gözlərin yorğunluğunu azaldır. Eyni zamanda aşağı kalorili və doyumlu olması səbəbindən pəhriz saxlamaq istəyənlər üçün ideal seçimdir.

Mütəxəssislərin sözlərinə görə, gündə 1–2 ədəd kivi yemək sağlamlıq üçün təhlükəsizdir və faydalıdır. Hətta bir çox dietoloq bunu “gündə bir alma” kimi, “gündə bir kivi” şüarı ilə tövsiyə edir. Bununla belə, mədə turşuluğu yüksək olan və ya mədə xorasından əziyyət çəkən şəxslərdə bu meyvə narahatlıq yarada bilər. Həmçinin allergiyaya meylli olanlarda dodaq və boğazda qıcıqlanma müşahidə edilə bilər. Kiçik uşaqlara isə kivi yalnız az miqdarda və həkim məsləhəti ilə verilməlidir.

Nəticə etibarilə, kivi mövsümünün yaxınlaşması sağlamlıq üçün təbii vitamin mənbəyinin əlçatan olması deməkdir. Mövsümündə gündə bir ədəd kivi yemək həm immuniteti gücləndirir, həm də orqanizmi qış xəstəliklərinə qarşı daha dayanıqlı edir.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
21
1
yenisabah.az

2Источники