RU

Velosiped zolaqlarından imtina edilməlidir Deputat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtomobil yolu tıxac, velosiped zolağı tamamilə boş – Bakı yollarında tez-tez bu mənzərəyə şahid oluruq. Bakıda velosiped zolağına tələbat çox azdır, insanlar velosipeddən nəqliyyat kimi yox, daha çox əyləncə məqsədilə istifadə edirlər. Belə olan halda yolun bir hissəsini 3-5 velosipedçiyə görə boş saxlamaq məntiqlidirmi? Bu zolaqlar yenidən ləğv edilməlidir?Bu barədə Demokrat.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, bu məsələyə vətəndaşın vəziyyətini yüngülləşdirmək baxımından baxılsa, həllini məhz bu cür tapmalıdır:“Yox əgər vətəndaşın vəziyyətinə həssas yanaşılmasa, onda elə belə də davam edəcək. Hesab edirəm ki, müvafiq qurumlar məhz bu faktoru nəzərə alaraq bu boş yolların saxlanılması məsələsindən imtina etməlidirlər. Tıxacın qarşısını almaq üçün vətəndaşların rahat hərəkət etməsi üçün şərait yaratmalı, imkanları artırmalıdırlar. Bu həm də vətəndaşları lazımsız cərimələrin ödənilməsinə məcbur edir. Ona görə bu barədə düşünülüb yeni qərarlar verilməlidir”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
demokrat.az

2Источники