Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hərbi prokuror Bəhruz Əhmədov əmr imzalayıb.
Əmrə əsasən Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı Lent.az-a təsdiqləyiblər.
Qeyd edək ki, Firad Əliyev hazırda hərbi prokurorun böyük köməkçisi vəzifəsindədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.