RU

Ağ Evin keçmiş aparat rəhbəri Baydenin intellekt səviyyəsinin düşdüyünü etiraf etdi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağ Evin keçmiş aparat rəhbəri Ceff Zints etiraf edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin prezidentliyi dövründə onun yaddaş və qərar qəbuletmə qabiliyyəti zəifləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Zints bildirib ki, Bayden hazırkı Prezident Donald Trampla debatda uğursuzluğa düçar olduqdan sonra ona əqli qabiliyyəti də daxil olmaqla tam tibbi müayinədən keçməyi tövsiyə edib. Zints debatlar zamanı Baydenin donub qalmasını misligörünməmiş durum adlandırıb.

Ağ Evin keçmiş aparat rəhbərinin sözlərinə görə, Bayden üçün tarixləri və adları xatırlamaq getdikcə çətinləşirdi və qərarların qəbulu prosesi daha uzun sürürdü. Zints, həmçinin qeyd edib ki, Baydenin həyat yoldaşı Cill ərinin işlərlə çox yüklənməməsini xahiş edib.

İyunun 5-də ABŞ Prezidenti Donald Tramp sələfinin səhhəti və onun köməkçilərinin sənədləri imzalamaq üçün avtoqələmdən istifadə etməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
2
oxu.az

3Источники