RU

Ələt-Astara yolundakı bu körpü bağlanır

“Mövcud Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi" çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çay üzərindəki körpü 20 sentyabr 2025-ci il səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb: "Bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən - Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.

Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayışa görə təşəkkür edirik".

Избранный
61
13
metbuat.az

10Источники