RU

20 sentyabr qeyri-iş günü olacaq? - AÇIQLAMA

20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Bakıvaxtı.az xatırladır ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

20 Sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü hələlik iş günü sayılan bayram günü hesab olunur.Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir.

Bəs gələcəkdə bu bayram da qeyri-iş günüolaraq qeyd oluna bilərmi?

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 20 sentyabr Azərbaycan tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir.

Onun sözlərinə görə,  suverenliyimizin bərpa olunması bu günün Dövlət Suverenliyi Günü kimi xüsusi qeyd olunmasına səbəb olub və artıq Azərbaycan bayrağı ölkəmizin bütün suveren ərazilərində dalğalanır:

“20 sentyabr Dövlət Suverenliyi Günü olaraq qeyd olunmasına baxmayaraq hazırda rəsmi olaraq qeyri-iş günü deyil. Rəsmi qeyri-iş günü olmasa da, Azərbaycan tarixi üçün çox vacibdir”.

Vüqar Bayramov: Bu ideyanı birmənalı şəkildə dəstəkləyəcəyik

Deputat əlavə edib ki, məhz bu gün Azərbaycanı MDB məkanında münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk dövlət kimi tarixə yazdı:

“Əgər gələcəkdə 20 sentyabrın qeyri-iş günü kimi təsdiqlənməsi ilə bağlı layihə təqdim olunarsa, biz Milli Məclisin üzvləri olaraq bu ideyanı birmənalı şəkildə dəstəkləyəcəyik”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başlanıb. 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyi tam bərpa edib.

Mina Mikayılova

Избранный
12
1
bakivaxti.az

2Источники