RU

“İsrailə qarşı daha sərt qərarlar qəbul edilmişdi” Hakan Fidandan maraqlı açıqlama + VİDEO

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə xarici işlər naziri Hakan Fidan İsrailin Qətərə hücumundan sonra zirvədə verilən bəyanatdan başqa, müsəlman liderlərin pərdə arxasında İsrail ekspansionizminə qarşı daha sərt ortaq qərarlar qəbul etdiklərini, lakin bu barədə mətbuata məlumat verilmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail sülh danışıqları üçün Qətərin paytaxtı Dohada HƏMAS-ın nümayəndə heyətinə hava zərbəsi endirib. HƏMAS-ın yüksək rütbəli rəsmiləri sağ-salamat xilas olarkən, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın oğlu, 4 Həmas üzvü və bir Qətər polisi həlak olub. Bu dəhşətli hücum İsrailin Qətər ərazisinə ilk hücumu idi.  Beynəlxalq ictimaiyyət bu addıma sərt reaksiya göstərdi.

Hücumdan sonra Qətərdə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası fövqəladə toplantı və birgə sammit keçirib. Zirvə toplantısının sonunda yayılan bəyanatda “İsrailə qarşı birgə addım atmalıyıq” ifadəsi işlədilib.

"MBC Misir"ə müsahibə verən xarici işlər naziri Hakan Fidan, bəyanatdakı açıqlamalardan başqa, liderlərin səhnə arxası görüşlərində İsrail ekspansionizminə qarşı çox daha sərt və əhatəli qərarlar qəbul etdiklərini, lakin bunların ictimaiyyətə açıqlanmadığını bildirib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
azpolitika.info

1Источники