RU

Bu xanım Bakıda iki məktəbə rəhbərlik edir -

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib. Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Əliyeva Yasəmən Kamil qızı 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib. 20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edir.

Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

Избранный
31
17
metbuat.az

10Источники