RU

Çempion məşğuldu, “Neftçi” “yatıb”, “Araz Naxçıvan” “at oynadır”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Misli premyer-liqasında 4-cü tur da arxada qaldı. İstənilən turnirin cəlbediciliyi qeyri-adi nəticələrin çoxluğu, sürpriz liderlərin varlığı ilə ölçülür. Deyəsən, cari mövsüm bu mənada bütün gözləntiləri qarşılayacaq. Baxın, daim iddialılar sırasında göstərilən “Neftçi” hələ də qələbəyə həsrətdi, başı Çempionlar Liqasına qarışan “Qarabağ” üç oyunun ikisində xal itirib, peşəkarlar arasına buraxılsa da, peşəkarlıq baxımından çox şey öyrənməli olan “İmişli” isə parlaq qələbəni texniki məğlubiyyətlə dəyişməyə məcburdu. Bəribaşdan deyək ki, biz mümkün texniki məğlubiyyəti turnir cədvəlində nəzərə almamışıq. Artıq yetərincə təcrübə yığan “Araz-Naxçıvan” “Kəpəz” kimi komandalarla oyunlarda xal itirmək fikrində deyil. Qəbələdə bu gerçək bir daha təsdiqləndi. O da aydın oldu ki, “Kəpəz” bu gedişlə olan-qalan azarkeşini də itirəcək. Ümumiyyətlə, komanda elə vəziyyətə düşə bilər ki, doğma şəhərə dönüş belə onu xilas etməz. Hadisələrin axarı buna doğru aparır!“Qarabağ” “Zirə”ni “doğma divarlar” arasında məğlub edə bilmədi. Əslində “Benfika” ilə oyuna köklənən ağdamlılar üçün 1 xalı da qənimət saymaq olar. Tyaqo Silvanın vicdanına yazılan 1 xalı! “Zirə”nin portuqaliyalı qapıçısı Kadinin cərimə zərbəsi zamanı elə kobud səhvə yol verdi ki, buna hansısa şəkildə bəraət qazandırmaq çətindi.Elə Tyaqonun azərbaycanlı həmkarı Mehdi Cənnətov da ondan geri qalmadı. Vieqasına asmasını qarşılamaq istəyən “Sumqayıt”ın qapıçısının niyyəti nə idi – yəqin ki, bunu bir özü bilir, bir də Allahı! Bu başqa məsələ ki, Cənnətov adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxan “İmişli” rəsmisi üçün səhərdən axşama qədər dua etməlidi. Axı gözəl qələbə qazanan Aran təmsilçisi məsuliyyətsizlikdən və qeyri-peşəkarlıqdan dolayı texniki məğlubiyyət alacaq. Mövsümün startında inamlı görünən komandalardan biri də “Turan Tovuz”du. “Bozqurd” əsas rəqiblərinin başının qarışmasından məharətlə yararlanır, asta-asta xal hesabını artırır. Kurban Berdıyevin komandasının ev oyunlarını belə neytral meydanda keçirdiyini nəzərə alsaq, uğurun dəyəri ikiqat artır.Turun son iki oyunu bazar günü keçirildi. “Şamaxı” “Karvan-Yevlax” üzərində tarixi qələbə qazandı. Ancaq “şirlər”in qəhrəmanlığı ilə yanaşı, qonaqların qapıçısı Kamran İbrahimovla müdafiəçilərin kobud səhvlərini də qeyd etmək lazımdı.Və “Neftçi”… Və paytaxt derbisi… “Ağ-qaralar” “Sabah”la oyunda da mövsümdə qələbə hesabını aça bilmədi. Onların baş məşqçisi Samir Abasov özündən başqa hər kəsi və hər şeyi günahlandırır. Görünür, Samir bəy futbolun yazılan və yazılmayan qanunu unudub: burda yaxşı oyuna yox, rəqibdən artıq qol vurmağa görə qələbə verilir! Abasov isə hələ ki qələbə qazanmağı bacarmır. Amma nə vaxta qədər? Sondakı sual işarəsini götürüb bu cümləni uzatmaq da olar: “Neftçi” rəhbərliyi dözəcək?HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
icma.az

2Источники