RU

Cənubdan şəhidlik zirvəsinə ucalan 33 qəhrəmanımız -

2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən lokal antiterror əməliyyatı həyata keçirildi. Bu əməliyyat zamanı Azərbaycan Ordusunun bir çox igid hərbçiləri vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Onların fədakarlığı, cəsurluğu və göstərdikləri qətiyyət bütün xalqımız üçün örnəkdir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıqlarını daim yaddaşımızda yaşadırıq. Antiterror əməliyyatı bir daha göstərdi ki, Azərbaycan dövləti öz torpaqlarında qanunsuz silahlı birləşmələrin fəaliyyətinə, separatizmin davam etməsinə heç vaxt icazə verməyəcək. Bu qətiyyət həm ölkəmizin milli təhlükəsizliyinin təmin olunması, həm də bölgədə dayanıqlı sülhün bərqərar olması üçün mühüm addım idi. Qeyd edək ki, antiterror əməliyyatında Cənub bölgəsindən 33 nəfər igid hərbçimiz şəhidlik zirvəsinə ucalıb. Metbuat.az onları təqdim edir: 1.Mayor Aqil Fayəddin oğlu Əkbərov 2. Mayor Vüqar Rəfail oğlu Heydərov 3.Baş leytenant Şəmistan Şükran oğlu Yusifli 4.Leytenant İsmayıl Çərkəz oğlu İsayev 5.Kiçik leytenant Əli Rüstəm oğlu Babazadə 6.Kiçik leytenant Mikayıl Vüqar oğlu Həmidli 7.Kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirov 8.Gizir Məhərrəm Ələşrəf oğlu Hüseynov 9.Gizir Yusif Məmmədrza oğlu Xəlilov 10.Gizir Nəcməddin Natiq oğlu Quliyev 11.Gizir Seymur Sabir oğlu Şabıyev 12.Gizir Əli Azad oğlu Tağıyev 13.Gizir Rəsul Yusif oğlu Teymurov 14.Çavuş Zahir Sədi oğlu Əliyev 15.Matros (MAHHXHQ) Davud Telman oğlu Qiyaslı 16.Matros Ramil Habil oğlu Məmmədov 17.Əsgər Mehti Əmrah oğlu Abbasov 18.Əsgər (MAHHXHQ) Sahil Sarıbala oğlu Babayev 19.Əsgər Samrad İkram oğlu Eynəliyev 20.Əsgər Eltac Əjdər oğlu Əhədov 21.Əsgər Məhəmməd Şəfahət oğlu Hüseynov 22.Əsgər (MAHHXHQ) Mirmusa Vüqar oğlu Hüseynzadə 23.Əsgər (MAHHXHQ) Ramazan Həmdulla oğlu Hüseynzadə 24.Əsgər (MAHHXHQ) Əkrəm Faiq oğlu Kəlbiyev 25.Əsgər Savalan İsfəndiyar oğlu Qafarov 26.Əsgər Elsevər Raqif oğlu Qardaşzadə 27.Əsgər (MAHHXHQ) Cavad Sadiq oğlu Məhərrəmov 28.Əsgər (MAHHXHQ) Azər Sulduz oğlu Məmmədov 29.Əsgər Sənan Vüqar oğlu Mirzəyev 30.Əsgər Nicat Mübariz oğlu Nəzərli 31.Əsgər Mirəli Mirfəttah oğlu Təhməzov 32.Əsgər (MAHHXHQ) Rəşad Rasim oğlu Vəlizadə

33.Əsgər Cəsarət Zaur oğlu Ziyadov

Избранный
17
1
metbuat.az

2Источники