RU

Savadlı cahillər: İşıqla qaranlığın oyunu

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Savadsız cahili tanımaq asandır, oxumayıb, bilməyib, öyrənməyib. 

Amma savadlı cahil daha hiyləgərdir, əlində kitab, diplom, dilində “bilgi”, amma zehnində boşluq, qəlbində qaranlıq". 

Bunu "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib. 

Onun sözlərinə görə, dünya yalnız savadsız cahillərdən yox, bəzən də savadlı cahillərdən əziyyət çəkir: 

"Onların ən böyük paradoksu budur: çox oxuyub, az anlayıblar. Bilikləri var, amma dərk etməyi öyrənməyiblər. Əzbərləyiblər, amma həyatla bağlamayıblar. Psixologiyada buna Dunning–Kruger effekti deyilir: 

az bilənlər özlərini çox bilirmiş kimi görürlər, çox bilənlər isə hələ az bildiklərini anlayırlar. Yəni əsl müdrik insan daim öyrənməyə meyllidir, savadlı cahil isə öz “dolu görünən boşluğunda” ilişib qalır". 

Samirə İsmayılova qeyd edib ki, savadlı cahillərin bir neçə əlaməti var: 

"Savadlı cahillər hər mövzuda son sözü demək iddiasında olur, “Mən bilirəm” havası ilə ətrafındakıları kiçildir, tənqidə dözümsüz yanaşır və fərqli fikirdən qaçırlar. Oxuduqlarını həyatla əlaqələndirə bilmirlər". 

Psixoloq bildirib ki, əslində isə savad yalnız beynin yükü deyil, həm də qəlbin işığıdır:

"İşıqsız savad  qaranlığı daha da qatılaşdırır. Ona görə də bəzən ən böyük təhlükə cəhalətin içində gizlənən savad olur. Yəni, həqiqi savadlı insan öz cahilliyini də görən, bilmədiyini etiraf edən, öyrənməyə açıq insandır. Çünki müdriklik bilikdən çox, o biliklərlə necə yaşamağı bacarmaqdır". 

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
81
1
cebheinfo.az

2Источники