RU

8 ayda müavinət və təqaüdlər üzrə ödənilən məbləğin həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hesabat dövründə əhaliyə sosial müavinətlər üzrə 758 milyon manat, Prezident təqaüdləri üzrə isə 483 milyon manat ödənilib.

Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
6
8
vergiler.az

10Источники