19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Moldovanın paytaxtı Kişineuda təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, o, yerli komanda ilə keçirilən yoxlama görüşlərini də dəyərləndirib:
“Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı. Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.
Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.
Aqil Nəbiyevin yetirmələri Monteneqroya qalib gəlib
"Kayrat"ın baş məşqçisi: "Qarabağ" "Benfika" ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi"
Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"
“Bavariya”dan növbəti rekord
ÇL-də günün nəticələri: "Bavariya" və PSJ-dən qələbə - YENİLƏNİB