AZ

Həbib Ağayev: Üzərində işləməli olduğumuz məqamlar var

BAKI, 19 sentyabr. TELEQRAF
Moldova toplanışı uğurlu keçdi. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var”.

Teleqraf xəbər verir ki, bunu açıqlamasında 19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev AFF-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, keçirdikləri yoxlama oyunlarından danışıb: "Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı. Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu.. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.

Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.

Seçilən
22
9
teleqraf.com

10Mənbələr