RU

Komitə sədri: Ulu Öndərin suverenliyin təminatı istiqamətində gördüyü işlər gələcək nəsillər üçün etibarlı yol açdı

Bakı, 19 sentyabr, AZƏRTAC

Konstitusiyanın inkişafı hər zaman Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə müşayiət olunub. Çünki suverenlik və Konstitusiya bir-biri ilə sıx bağlı anlayışlardır. Ulu Öndər çox yaxşı dərk edirdi ki, Konstitusiya dövlətin suverenliyinin əsas təminatçısıdır. Onun bu sahədə gördüyü işlər gələcək nəsillər üçün etibarlı yol açdı, dövlətimizin möhkəm hüquqi bünövrəsini formalaşdırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan parlamentində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, bu konfrans keçdiyimiz yolun analizi üçün ideal bir platforma hesab oluna bilər. “Əslində, Konstitusiya xalqla hakimiyyət arasında olan razılaşmadır. Xalq öz iradəsini ifadə edir, hakimiyyət isə bu qərarlarla qəbul olunan qanunların icrasına nəzarət edir və suveren dövlətin qorunmasını təmin edir. Bu gün biz qürurla deyə bilərik ki, son illərdə əldə etdiyimiz nailiyyətlər, qazanılmış zəfərlər və ölkəmizin artan nüfuzu məhz suverenliyimizin təntənəsidir”, - deyə Ə.Hüseynli vurğulayıb.

O sonda əlavə edib ki, Azərbaycan xalqı daim Konstitusiyasına, dövlətinə və milli dəyərlərinə sadiq olub. Bu sadiqlik bizim ən böyük gücümüz, gələcək inkişafımızın əsas zəmanətidir.

Избранный
12
azertag.az

1Источники