RU

Çempionlar Liqası: "Qarabağ"ın futbolçusu rəmzi heyətdə

Məşhur "Yahoo" nəşri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun rəmzi heyətini tərtib edib.

Teleqraf xəbər verir ki, ən yaxşı "11-liy"də "Qarabağ"ın futbolçusu Mateus Silva da yer alıb.

Nəşr Ağdam təmsilçisinin braziliyalı müdafiəçisini Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazandıqları oyunda yüksək performans nümayiş etdirdiyini qeyd edib.

Rəmzi heyəti təqdim edirik:

Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya)

Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Deyk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya)

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkan ("Sportinq", Portuqaliya).

Hücumçular: Markus Reşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).

Избранный
6
1
teleqraf.com

9Источники