RU

Baş prokuror Kamran Əliyev Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Bakı.Trend:

Baş prokuror Kamran Əliyev Naxçıvan əməliyyat müşavirəsikeçirib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumatverilib.

Xəbər verildiyi kimi sentyabrın 18-də Baş prokuror Kamran ƏliyevNaxçıvana səfər edib.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası ProkurorluğundaBaş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi,Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarınıniştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər ƏliyevinNaxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələriqoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra müşavirə iştirakçıları tərəfindən Ulu öndərin vəAzərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrundacanlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yadedilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror AzərbaycanRespublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elanolunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazibütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər HeydərƏliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habeləAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmışislahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birincivitse-prezident Mehriban xanım Əliyevanın da yaxından iştirakiləbərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylıinfrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflıməlumat verib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığındinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquqvə azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinətoxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlarmüzakirə edilib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroruSənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülənişlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublikaprokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər-hüquqmühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət barədə ətraflıməruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyevprokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəlişəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincəyerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətintəkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Baş Prokuror Naxçıvan Muxtar Respublikasıprokurorluğunun və Naxçıvan hərbi prokurorluğunun bir qrupəməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarınınyaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.

Sonda xatirə fotoşəkili çəkilib.

Избранный
6
28
az.trend.az

10Источники