RU

Kamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir”

“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”

Избранный
49
15
demokrat.az

10Источники