RU

Neft kontraktları Azərbaycanın suverenliyinin təməlini qoyulmasında vacib rol oynayıb-Deputat


Azərbaycan Konstitusiyası vətəndaşların fundamental hüquqlarını və regional idarəetmə məsələlərini əhatə etməklə ölkənin hüquqi və inzibati bazasını formalaşdırır. Bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş parlament konfransında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, 1990-cı illərin mürəkkəb geosiyasi və iqtisadi şəraitində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan neft kontraktları Azərbaycanın iqtisadi suverenliyinin əsasını qoyub.

“Əgər o dövrdə neft kontraktları imzalanmasaydı, bu gün Azərbaycanın güclü ordusu da olmazdı,” – Novruzov vurğulayıb.

1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tanınan neft sazişi Azərbaycanın beynəlxalq enerji bazarına çıxışını təmin edib və sonrakı illərdə iqtisadi artımın lokomotivinə çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2001–2020-ci illər arasında Azərbaycanın ÜDM-i 5 dəfədən çox artıb ki, bu da əsasən neft-qaz sektoruna daxil olan sərmayələrin nəticəsidir.

Novruzovun sözlərinə görə, həmin strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi müstəqillik hərbi güc, sosial rifah və siyasi sabitliyin əsası kimi çıxış edir.

Gülnar Nazimqızı

Избранный
20
1
anews.az

2Источники