RU

Sədr: Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır

BAKI, 19 sentyabr. TELEQRAF

"Konstitusiya Məhkəməsinin qəbul edilən qərarlarında Milli Məclisin rəyləri xüsusi yer tutur. Parlamentdə qəbul olunan qanunlar ekspertizadan keçir. Hər biriniz buna rəyinizi bildiririsiz. O qanunların gücü məhkəmədir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

"Bütün dövlətlərdə qanunlar qəbul ediləndə onlar konstitusiyaya uyğun hesab edilir və bu istiqamətdə qəbul olunur. Çoxsaylı komitələrdən keçir. Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır. Müəyyən illərdən sonra aşkar olunur ki, qanunun hansısa hissəsi natamamdır. Korreksiyanın həyata keçirilməsi vacibdir. Buna görə Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır", - deyə Fərhad Abdullayev bildirib.

Избранный
43
2
teleqraf.com

3Источники