RU

Kadırov övladları haqda bu sualı cavablamaq istəmədi

Çeçenistan rəhbəri Ramzan Kadırov övladlarının həyat yoldaşlarını necə seçdiyi ilə bağlı suala cavab verməkdən imtina edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə müsahibəsində danışıb.

Jurnalist Kadırovdan övladlarına məsləhət verib-vermədiyini soruşub.

"Belə suallara cavab vermək bizim ənənəmiz deyil. Ona görə də şərh vermirəm", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 27-də Kadırovun 17 yaşlı oğlu Adamın evləndiyi barədə xəbər yayılıb.

Daha sonra Çeçenistan rəhbəri məlumat verib ki, Rusiya Prezidenti Vladimir Putin gənci evliliyi münasibətilə şəxsən təbrik edib. O əlavə edib ki, mərasimdə qubernatorlar, hökumət rəsmiləri və diplomatlar da daxil olmaqla çoxsaylı yüksək vəzifəli qonaqlar iştirak edib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
1
olaylar.az

2Источники