Olaylar.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə müsahibəsində danışıb.
Jurnalist Kadırovdan övladlarına məsləhət verib-vermədiyini soruşub.
"Belə suallara cavab vermək bizim ənənəmiz deyil. Ona görə də şərh vermirəm", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 27-də Kadırovun 17 yaşlı oğlu Adamın evləndiyi barədə xəbər yayılıb.
Daha sonra Çeçenistan rəhbəri məlumat verib ki, Rusiya Prezidenti Vladimir Putin gənci evliliyi münasibətilə şəxsən təbrik edib. O əlavə edib ki, mərasimdə qubernatorlar, hökumət rəsmiləri və diplomatlar da daxil olmaqla çoxsaylı yüksək vəzifəli qonaqlar iştirak edib .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31