RU

İran öhdəliklərini yerinə yetirib, addım atma vaxtı qarşı tərəfdədir - Əraqçi

BAKI,TurkicWorld, Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.

Lakin onun sözlərinə görə, Avropa üçlüyü planın əsas məqamları ilə məşğul olmaq əvəzinə bəhanələr irəli sürür.

“Prezident Makronun təklifimin məntiqli olduğunu qəbul etməsindən məmnunam. Lakin o və beynəlxalq ictimaiyyət bilməlidir ki, mənim arxamda İran İslam Respublikasının bütün qurumlarının, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının tam dəstəyi var” – Əraqçi qeyd edib.

O, Avropa üçlüyünün diplomatik təşəbbüslərinin səmərəsiz göründüyünü vurğulayıb və BMT Təhlükəsizlik Şurasının diplomatiyanı ön plana çıxarmasının vacibliyini diqqətə çatdırıb. Nazir həmçinin İranın öhdəliklərini yerinə yetirdiyini, BMT-nin nüvə agentliyi ilə yeni əməkdaşlıq sazişi imzaladığını və qarşılıqlı fayda verən, balanslı təklif irəli sürdüyünü bildirib.

Əraqçi İranın təqdim etdiyi planı “yaradıcı, ədalətli və balanslı” adlandıraraq, onun icrasının əsas fikir ayrılıqlarını tez bir zamanda aradan qaldıra biləcəyini və böhranı önləyəcəyini söyləyib.

Избранный
37
turkic.world

1Источники