RU

“Kayzerslautern”in idman direktorundan Emreliyə tərif

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Kayzerslautern”in Almaniya II Bundesliqasının VI turu çərçivəsində bu gün “Preuzen Münster”lə oyunda start heyətində yer alması gözlənilir.

İdman.biz "Futbolinfo.az"a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Torsten Liberknext də istisna etməyib. Çalışdırıcı ötən turda meydana çıxmayan Emreliyə bu dəfə ilk dəqiqələrdən şans verməyi planlaşdırır: “Komandada yer alan hər bir futbolçu hər an hazır olmalıdır. Bu, təkcə Emreliyə yox, hər kəsə aiddir. Mahiri son vaxtlar çox istəkli və əzmli görürəm. Mənim komandamda da kim məşqlərdə özünü yaxşı tərəfdən göstərəcək və mübarizlik nümayiş etdirəcək, o da oynamaq imkanı qazanacaq”.

“Kayzerslautern”in idman direktoru Marsel Klos isə Emreli barədə müsbət fikirlər səsləndirib. Klub rəsmisi millimizin forvardına böyük ümidlər bəslədiklərini vurğulayıb: “Biz Mahiri digər təkliflərə baxmayaraq “Kayzerslautern”ə qoşulmağa razı sala bildiyimiz üçün şadıq. O, əvvəlki klublarında, xüsusilə də ötən mövsüm “Nürnberq”də qol vurmaq qabiliyyətini sübut etdi. Onun sürəti, qaçmağa hazır olması, bitiricilik qabiliyyəti, hücumda çevikliyi yüksək keyfiyyətli oyun nümayiş etdirməsi üçün lazımi keyfiyyətlərə malik olduğunu göstərir”.

Qeyd edək ki, “Kayzerslautern” – “Preuzen Münster” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. “Kayzerslautern” 5 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
2
icma.az

3Источники