RU

Abramyan: “Qarabağda baş verənlər Ermənistan hakimiyyətinin fəaliyyətsizliyi fonunda gerçəkləşdi” – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Şərəfim var" parlament fraksiyasının katibi Tiqran Abramyan 19 sentyabr 2023-cü ildə baş verən hadisələrin ildönümü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin gün Qarabağın yeni tarixində ən faciəli günlərdən biri olub. Azərbaycan hücumu nəticəsində 244 nəfər həlak olub, onların arasında 11 dinc sakin də var. (?) Daha 11 nəfər itkin düşmüş hesab edilir və onların taleyi hələ də məlum deyil. Təxminən onlarla erməni vətəndaşı Azərbaycan tərəfindən əsir götürülüb və onlar barəsində saxta məhkəmə prosesləri aparılır. (?) Bu isə beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub.

Abramyanın sözlərinə görə, sentyabr hadisələri gözlənilməz olmayıb. Onlara 2022-ci ildə keçirilən Praqa sammiti öncüllük edib. Həmin sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib. Ardınca başlayan sərt blokada humanitar böhran yaradıb və məhz bu şəraitdə Bakı hərbi əməliyyata start verib.

Deputat vurğulayıb ki, hücum beynəlxalq oyunçuların susqunluğu və Ermənistan hakimiyyətinin passivliyi fonunda baş verib. Nəticədə isə Qarabağ faktiki olaraq erməni əhalisindən tamamilə məhrum qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники