Nasaz avtomobillə yola çıxmaq qəza riskini xeyli artırır.
Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək nəqliyyat vasitələrinin texniki sazlığının, xüsusən təkərlərin vəziyyətinin daim yoxlanılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, təkərlərin protektor dərinliyi normadan az olduqda və ya yeyilmiş təkərlərlə hərəkət etdikdə yol ilə təmas zəifləyir, tormoz məsafəsi artır və avtomobil idarəetmədən çıxa bilər. Xüsusilə yağışlı və sürüşkən yollarda bu hallar qəza riskini dəfələrlə yüksəldir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə texniki nasaz avtomobillərlə, xüsusilə köhnəlmiş və yararsız təkərlərlə hərəkət etməməyin vacibliyini xatırladıb və avtomobilin texniki vəziyyətinə ciddi nəzarət etməyi tövsiyə edib.
DOĞRU.AZ