“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan həm daxili dövlət idarəetmə sistemində, həm də xarici siyasətdə müstəqildir və suverenliyi tam bərqərar olub.
Hüquqşünas vurğulayıb ki, ölkəmizin suverenliyinin möhkəmlənməsi bəzi dövrlərdə çətinliklərlə müşayiət olunub:
“Əlbəttə, ərazilərimizin 20 faizi işğal altında olanda, bu, bir qədər çətin idi. Biz bəzi məsələlərdə iradəmizi tam ortaya qoya bilmirdik. Lakin ərazi bütövlüyümüz təmin olunduqdan sonra suverenlik məsələsi öz yerini tapdı”, – deyə S. Məmmədov əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycan böyük dövlətlərdən olmasa da, həm daxili, həm də xarici siyasətdə müstəqilliyini qoruyub və milli maraqlarını təmin edib:
“Biz indi dünyanın həm daxili, həm də xarici məsələlərdə öz suverenliyimizi təmin etmişik”.
Pərvanə Fərhadqızı