
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dahi bəstəkar və publisist Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə onun milli musiqimiz və publisistikamızdakı xidmətlərindən, ictimai fəaliyyətindən və yaradıcılıq irsindən bəhs olunub.
Fakültənin rəhbər heyəti və müəllimləri Üzeyir bəyin jurnalistikaya verdiyi töhfələri xüsusi vurğulayıblar. Çıxışlarda Prezident İlham Əliyevin imzaladığı yubiley Sərəncamı da xatırlanıb.
Tədbir tələbələrin milli dəyərlərə bağlılığını artırmaq baxımından əhəmiyyətli hesab edilib. Sonda Üzeyir Hacıbəylinin irsi ilə bağlı fikir mübadiləsi aparılıb.
R.İkramlıUlusum.az
Diqqət Çəkənlər
Portağallı Rulet VIDEO
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Əli Əsədov Bişkekdə görüşdə