RU

“Mançester Siti” evdə, “Barselona” səfərdə qalib gəldi

UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura 6 oyunla yekun vurulub.

Msport.az xəbər verir ki, “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə “Mançester Siti”yə 0:2 hesabı ilə məğlub olub.

Ağdam təmsilçisinin digər rəqibi “Kopenhagen” evdə “Bayer”lə bərabərə qalıb – 2:2. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində “köhlən atlar”la üz-üzə gələcək komandalardan “Ayntraxt” isə “Qalatasaray”ı 5:1 hesabı ilə üstələyib.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, I tur

“Brügge” (Belçika) – “Monako” (Fransa) 4:1

“Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) 2:2

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:0

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Qalatasaray” (Türkiyə) 5:1

“Sportinq” (Portuqaliya) – “Kayrat” (Qazaxıstan) 4:1

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:2

Избранный
16
1
msport.az

3Источники