RU

Lənkəranda maşın məktəbə gedən bacı-qardaşı vurub öldürdü

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA bildirir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən bacı-qardaşı - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki şagird ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

 

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, hadisəni törədən “Mercedes” markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

 

Faktla bağlı araşdırma aparılır.



Избранный
10
27
senzor.az

10Источники