RU

Yol polisi sürücülərə müraciət etdi


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, müraciətdə deyilir:
“Nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.
Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır", - müraciətdə qeyd edilib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir.
Избранный
5
37
yeniavaz.com

10Источники