AZ

BDYPİ sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, müraciətdə deyilir ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır.

"Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır", - müraciətdə qeyd edilib.

Vurğulanıb ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir.

"Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir",- deyə müraciətdə qeyd edilib.

Seçilən
19
40
operativmm.az

10Mənbələr