RU

Misli Premyer Liqasında 5-ci tur başlayır

Bu gün Misli Premyer Liqasında 5-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Karvan" "İmişli"ni qəbul edəcək. Ötən tur "Sumqayıt"a qalib gəlsə də, (1:0) texniki məğlubiyyətlə üzləşən "İmişli" 5-ci pillədən 8-ci yerə yuvarlanıb. "İmişli" kimi 4 xalı olan "Karvan" isə 9-cudur.

Digər oyunda isə "Zirə" öz meydanında "Sumqayıt"la qarşılaşacaq. "Sumqayıt" 10 xalla lider, "Zİrə" isə 8 xalla 4-cüdür.

Misli Premyer Liqası,

5-ci tur

19 sentyabr

16:00. “Karvan” – “İmişli”

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev

Zirə İK

20 sentyabr

17:00. “Qəbələ” – “Kəpəz”

19:30. “Sabah” – “Turan Tovuz”

21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

19:30. “Sumqayıt” – “Neftçi”

Избранный
27
1
ikisahil.az

2Источники