Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
News24.az xəbər verir ki, yarışda 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacaq.
Bu gün iki sərbəst yürüş keçiriləcək. Həmçinin "Formula 2"də də sınaq yürüşü və sıralama turu baş tutacaq.
İlk günün proqramı belədir:
10:00. "Formula 2": Sərbəst yürüş
12:30. "Formula 1": Birinci sərbəst yürüş
14:30. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş