RU

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-prisi start götürəcək

Bakı. Trend:

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyiFormula 1 Azərbaycan Qran-prisinə start veriləcək.

Trend xəbər verir ki, 10komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarıştrekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - LuisHemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler vədigərləri yarışacaqlar.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evininətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıcyerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, əndar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, ocümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbiistiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memarHermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçılarıUNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişİçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərinsahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərənigörəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leynqurulub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş vəsıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrəsərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək.Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzluavtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilkFormula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışdaalmaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiqolaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (BöyükBritaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika),Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütünrəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyasısəbəbindən keçirilməyib.

Избранный
6
30
az.trend.az

10Источники