RU

Kanada və Meksika ABŞ ilə münasibətləri gücləndirmək niyyətindədir

Şimali Amerika azad ticarət sazişinin yenilənməsi ərəfəsində iki ölkə ortaq mövqelərini açıqladı...

Poliqon xəbər verir ki, Kanada baş naziri Mark Karni və Meksika prezidenti Klaudiya Şeynbaum Şimali Amerika azad ticarət sazişini (USMCA) “daha ədalətli və səmərəli” etmək niyyətində olduqlarını bəyan ediblər. Liderlər bildiriblər ki, yaxın zamanda ABŞ-la üçtərəfli ticarət razılaşmasının nəzərdən keçirilməsi planlaşdırılır və bu proses öncəsi Kanada ilə Meksikanın mövqelərinin koordinasiyası xüsusi əhəmiyyət daşıyır.

Sözü gedən açıqlamalar Kani və Şeynbaumun Mexikoda keçirilən birgə mətbuat konfransında səsləndirilib. Qeyd edək ki, Kanada baş naziri hazırda Meksikada iki günlük rəsmi səfərdədir.

Tərəflər həmçinin infrastruktur, energetika, kənd təsərrüfatı və səhiyyə sahələrində ikitərəfli ticarət əlaqələrinin inkişafını hədəfləyən yeni fəaliyyət planını təqdim ediblər. Liderlərin sözlərinə görə, bu addımlar həm Meksika ilə Kanadanın qarşılıqlı iqtisadi asılılığını artıracaq, həm də ABŞ-la aparılacaq danışıqlarda onların mövqelərini gücləndirəcək.

Mütəxəssislər hesab edirlər ki, Şimali Amerikada inteqrasiyanın dərinləşdirilməsi regionun qlobal rəqabət qabiliyyətini artıracaq, eyni zamanda Vaşinqtonun proteksionist addımlarına qarşı daha balanslı yanaşma formalaşdıracaq.

Poliqon.info

Избранный
50
poliqon.info

1Источники