BAKI, 19 sentyabr. TELEQRAF
“İtpedia” kimi tanınan məşhur ukraynalı bloger Aleksey Şevtsov İtaliyanın Neapol şəhərini "qorxunc" adlandırıb.
Teleqraf xəbər verir ki, o, təəssüratlarını “YouTube”da paylaşdığı videoda bölüşüb.
“Heç bir şişirtmə olmadan Neapol, səyahət etdiyim şəhərlər arasında ən qorxunc və baxımsız şəhərlərdən biridir”, - bloger bildirib.
Şevtsov fikrini bu şəhərdə zibilin, eləcə də köhnə və qraffiti ilə yazılmış binaların çox olması ilə əsaslandırıb.
Bununla belə, bloger zibilin çoxluğuna və baxımsızlığına baxmayaraq, bu İtaliya şəhərində çoxlu gözəl tarixi binaların və yerlərin olduğunu qeyd edib.